Bakıda xalaoğluları 7 evdən və "PlayStation" salonlarından oğurluq etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xalaoğluları 7 evdən və "PlayStation" salonlarından oğurluq etdi - Foto

Kriminal

19 Fevral 2020 12:56 685


Binə qəsəbəsində evlərdən və "PlayStation" salonlarından oğurluqlar edən xalaoğlanları tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 "play station" salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub. Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. https://cdn.yenisabah.az/files/Elxan_Huseynov.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!