Bakıda xarici vətəndaşın cibindən “İphone 6” oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xarici vətəndaşın cibindən “İphone 6” oğurlayan şəxs tutuldu

Kriminal

10 Mart 2020 22:06 704


Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “İphone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə talanması ilə bağlı polisə müracət daxil olub. 

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, ərazidə xidmət aparan Səbail RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib. İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunub. 

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!