Bakıda yeni yaşayış binaların tikintisinə başlanılır: 27 milyon manatlıq layihə

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni yaşayış binaların tikintisinə başlanılır: 27 milyon manatlıq layihə

İqtisadiyyat

08 Mart 2025 21:51 1755


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.

Yenisabah.az "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.

Qeyd edək ki, sözügedən işlər 2.31 hektar torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək. Dominos pizza

MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27.3 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Asif oğlu İbrahimlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Sosial rifahın yaxşılaşdırılması naminə dövlətin atdığı bu addım təqdirəlaiqdir. MİDA-nın tikdiyi şəhərciklərdə yaşayış üçün hər şey nəzərdə tutulub.
    1 year ago
  • Vüqar
    Sosial rifahın yaxşılaşdırılması naminə dövlətin atdığı bu addım təqdirəlaiqdir. MİDA-nın tikdiyi şəhərciklərdə yaşayış üçün hər şey nəzərdə tutulub.
    1 year ago