Bakıda yük maşını minik avtomobilinə çırpıldı:   Xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yük maşını minik avtomobilinə çırpıldı: Xəsarət alan var - Fotolar

Hadisə

17 Mart 2023 01:39 1082


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq, prospektdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb. pizza mizza

Zərbənin təsirindən minik avtomobili əvvəlcə səkiyə daha sonra işıq dirəyinə çırpılaraq dayanıb.

Qəza zamanı minik maşınında olan sərnişin xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!