Bakıdakı partlayışla bağlı yeni məlumat -   YARALILAR VAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı partlayışla bağlı yeni məlumat - YARALILAR VAR

Hadisə

24 Noyabr 2025 10:11 628


Noyabrın 24-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a mərkəzdən məlumat verilib. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatı: Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.  Marqarita pizza

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!