Əlverişsiz hava şəraitinə görə Bakıdan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, ikinci gündür ki, bölgədə güclü duman hökm sürür.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb. Marqarita pizza
Bu barədə Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat verib.
"Azərbaycan Hava Yolları" bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.
Telegram kanalımız