Bakıdan Tbilisiyə qatarla getmək üçün bu sənədlər   TƏLƏB OLUNUR

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Tbilisiyə qatarla getmək üçün bu sənədlər TƏLƏB OLUNUR

Sosial

25 May 2026 14:26 224


Bakı–Tbilisi qatar reysi ilə səfər edəcək sərnişinlərdən minik zamanı biletlə yanaşı bir sıra sənədlərin təqdim olunması tələb edilir.

Bu barədə "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Qaydalar aşağıdakı kimidir: pizza

Ümumvətəndaş pasportunun əsli (mygov platformasından əldə olunan rəqəmsal versiya keçərli deyil)

Gürcüstan tərəfinin tələblərinə uyğun sağlamlıq sığortası

5 yaşadək uşaqlar üçün adına rəsmiləşdirilmiş pulsuz bilet

Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi

Sərnişinlərdən sənədləri əvvəlcədən hazır etmələri və özləri ilə gətirmələri xahiş olunur.

Qeyd edək ki, Bakı–Tbilisi qatarı bu gün saat 23:10-da ilk reysini həyata keçirəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!