Bakının 7 rayonunda söküntü başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bakının 7 rayonunda söküntü başlayır

Sosial

16 Yanvar 2026 11:26 1399


Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı məlumat verib.

O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səməd bəy Mehmandarov, Suraxanı rayonunda Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək. pizza

Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zonanın daxil olduğu deyilir.

Vüqar Orucun sözlərinə görə, bundan başqa, qəzalı binalarla bağlı da böyük layihə baş tutacaq.

O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.//Xəzər TV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!