Bakının işıqsız işıqforları - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının işıqsız işıqforları - Video

Sosial

13 Sentyabr 2023 01:02 1161


Bakı şəhəri, Xətai rayonunun bəzi küçələrində yerləşən işıqforlar aylardır işləmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xudu Məmmədov və Məhəmməd Hadi küçələrindən gedir.

Sürücülər bildiriblər ki, işıqforlar dörd ay əvvəl quraşdırılıb, amma o vaxtdan bəri rənglərini görmək onlara hələ qismət olmayıb. pizza sifarişi

Qeyd edək ki, işləməyən işıqforlar tıxacların yaranmasına səbəb olmaqla yanaşı, həm sürücüləri, həm də piyadaları təhlükə ilə üz-üzə qoyur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakının Xətai rayonunun Xudu Məmmədov və İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrinin kəsişmələrində yeni işıqforların quraşdırılması yol hərəkətinin nizamlanması üçündür:

“Hazırda həmin yol kəsişmələrində işıqforların kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı iş aparılır. Bu işlər yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq və nişanlanma xətləri çəkilərək işıqforlar istifadəyə veriləcək”.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!