Bakının mərkəzində aksiya

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində aksiya

Siyasət

19 Mart 2019 18:52 1707


Bir qrup müxalifətçi Bakının Nizami (“Torqovı”) küçəsində icazəsiz mitinqə toplaşıb.

Toplaşanlar heç bir şüar səsləndirmirlər. Onlar sadəcə "Xəqani" ticarət mərkəzinin yanında dayanıblar və jurnalistlərlə ünsiyyət saxlamaqdan imtina edirlər.

Ancaq etiraz edənlərdən biri arada bildirib ki, onlar sosial şəbəkələrdəki çağırışa görə mitinqə toplaşıblar. Pepperoni pizza

Hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları toplaşanları mühasirəyə alıblar.

İcazəsiz mitinq zamanı gənc fəallar Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıblar. Bu barədə sosial şəbəkə istifadəçiləri xəbər paylaşıblar.

Məlumata görə, onlar 39-cu polis bölməsinə aparılıblar.

Virtualaz.org 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!