Bakının mərkəzində qumbara tapıldı    - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində qumbara tapıldı  - Foto

Maraqlı

25 Oktyabr 2021 11:45 646


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bak şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib. pizza hut

İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!