Bakının qurumları gücləndirilmiş iş rejiminə keçib

saytların hazırlanması

Evə çatdırılma

Bakının qurumları gücləndirilmiş iş rejiminə keçib

Sosial

21 Yanvar 2026 09:36 249


Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhərində şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır. Dominos pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!