Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Linfild” matçında rəqib klubu cəmi bir azarkeş dəstəkləyəcək.
“Yeni Sabah” xəbər verir ki, İngiltərənin Derbi şəhərindən olan Filipp Middlton komandasına dəstək üçün Azərbaycana gələcək. O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" oyunu avqustun 29-u saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun “Linfild”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. pizza mizza
Telegram kanalımız