Bakıya qar gəlir: Sabah gün ərzində...

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar gəlir: Sabah gün ərzində...

Sosial

08 Fevral 2025 12:47 39654


Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. pizza mizza

Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Güll
    SALAM CANIM MƏNİM ÜRƏYİM ♡♡☆☆
    1 year ago