“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Sosial

17 May 2019 09:32 1216


Havaların istiləşməsi özü ilə bərabər bir neçə problem də gətirib.  Qapalı məkanlarda insanların isti havaya dözümsüzlüyü onları bir az da aqressivləşdirir.

İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər. pizza

Maraqlıdır, “BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Məsələ ilə bağlı qurumdan  “Yeni Sabah”a verilən məlumata görə, hazırda “BakuBus” MMC-yə məxsus avtobuslarda havalandırma təşkil edilib. “Həmçinin, avtobuslarda kondisionerlərin işə salınması nəzərdə tutulur”- deyə məlumatda qeyd edilib.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!