Balakəndə Azərbaycan bayrağının yırtılması - RƏSMİ AÇIQLAMA - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə Azərbaycan bayrağının yırtılması - RƏSMİ AÇIQLAMA - VİDEO

Maraqlı

13 Avqust 2023 10:10 3237


Bir neçə gün öncə sosial şəbəkələrdə yırtıq halda dalğalanan Azərbaycan bayrağının görüntüsü müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, video ilə bağlı Balakən şəhər icra nümayəndəsinin müavini İlham Kaltayev bildirib ki, bayraq keçən həftə baş vermiş güclü külək nəticəsində yırtılıb:

“Bizim daima yeni bayrağımız olur. Əməkdaşlar tərəfindən həmin hadisə bizə bildirilib və səhər dərhal yenisi ilə əvəz olunub”. Dördpendirli pizza

İ. Kaltayev əlavə edib ki, 73 metr hündürlükdə olan bayraq küləyin istiqamətində olduğu üçün tez-tez belə hallar baş verir:

“Şəhər ərazisində əməkdaşlarımız daima nəzarətdə saxlayır və bizə bildirirlər. Biz də dərhal həmin məsələləri aradan qaldırırıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!