Balakəndə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Balakən şəhər ərazisində baş verib.
Rayonun Tülü kənd sakini Üzeyir Bayramovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə rayonun Qazma kənd sakini Rafiq Ukalayevin idarə etdiyi "Opel" markalı minik avtomobili toqquşub. Qəza zamanı VAZ-2106 markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Havva Mollaqardaş qızı Bayramova və "Opel" markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fatimə Murtuzəli qızı Axverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Marqarita pizza
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız