Balakəndə narkotacirlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə narkotacirlər saxlanıldı

Kriminal

01 Fevral 2020 08:26 967


Balakən rayonunda narkotacirlər saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.  Dominos pizza

A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri - 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları müəyyənləşib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!