Balakəndə qaydaları pozan piyadalar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə qaydaları pozan piyadalar cərimələndi

Hadisə

03 Mart 2022 23:25 596


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə qanunamüvafiq tədbirlər görülüb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!