Balasanyan Azərbaycanı təhdid etməyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Balasanyan Azərbaycanı təhdid etməyə başladı

Rəsmi

30 Dekabr 2020 08:37 1471


"Sərhədlər və bizim statusumuz dəqiqləşdiriləcək. Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq".

“Yeni Sabah” xəbər verir ki, bunu yerli TV-yə müsahibəsində "Qarabağ Təhlükəsizlik Şurasının" rəhbəri Vitali Balasanyan bildirib.

"Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. pizza hut

Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik", deyə o bildirib.

Yerevana ikigünlük səfərinə toxunan Balasanyan bildirib ki, bu, Ermənistan SQ-nin Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşmək məqsədilə təşkil olunmuş rəsmi səfər idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!