Separatçı rejimin “rəhbəri” Araik Arutyunyan Vitali Balasanyanı hərbi müşavir təyin edərək, ona azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri iddia edib ki, Balasanyanın vəzifəsindən kənarlaşdırılması tələbini “dövlət naziri” Ruben Vardanyan qaldırıb. O iddia edib ki, o, danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meyllidir və o, Qarabağın maraqlarını qoruya bilməz: pizza hut
“Üstəlik, Vardanyan hesab edir ki, Azərbaycanla, ümumiyyətlə, danışıqlar aparılmamalıdır və bunu yalnız nadir hallarda etmək olar. Onun sözlərinə Azərbaycanın məqsədi danışıqlar aparmaq deyil, əksinə, danışıqlar yolu ilə Qarabağa tam nəzarətə nail olmaqdır.
Araik Arutyunyan “Vito”nu (Vitali Balasanyan) yenidən arenaya gətirməklə azərbaycanlılara danışıqların əleyhinə olmadığını göstərməyə çalışır, eləcə də Nikol Paşinyana Ruben Vardanyanın qərar qəbul edən şəxs olmadığını göstərir".
Telegram kanalımız