Balaxanıda narkotik satanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Balaxanıda narkotik satanlar saxlanıldı

Kriminal

03 Fevral 2020 09:42 1430


Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazilriyi (DİN) Mətbuat Xidmətindən "Yeni Sabah"a veriln məlumata görə, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı paytaxt sakini Bahadır Kərimov tutulublar.

Polis Şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram psixotrop maddə metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkar olunub.  pizza

Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qran heroin də aşkar olunaraq polislər tərəfindən götürülüb. Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlmasi üçün Sabunçu RPİ-yə göndərilib, istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!