“Bandotdel” narkotik satan qadını yaxaladı  

saytların hazırlanması

Evə çatdırılma

“Bandotdel” narkotik satan qadını yaxaladı  

Kriminal

02 Aprel 2020 16:07 649


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən qadını şübhəli şəxs qismində saxlayıb. 

“Yeni Sabah”ın məlumatına görə, saxlanılan Əzizova Ləman Sabir qızına baş idarənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddələri ilə cinayət işi başlanıb. Aprel ayının 3-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə L.Əzizova barəsində həbs qətimkan tədbiri seçiləcək. 

Qeyd edək ki, saxlanılan qadının əməli istintaq zamanı sübüut olunarsa, onu 5 ildən 12 ilə kimi həbs cəzası gözləyir.  Dördpendirli pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!