Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb. Sezar pizza
Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb.
Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Telegram kanalımız