Bank “dollarımız bitib” deyir: Nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Bank “dollarımız bitib” deyir: Nə baş verir?

İqtisadiyyat

19 Sentyabr 2024 18:45 7730


Bəzi müştərilər dollar almaq istəyəndə, banklardan bu tip cavab eşidirlər: “Bankda dollar bitib”, “Sizdən əvvəl gələn müştəri böyük məbləğdə dollar aldığı üçün bitib” və s. Bu zaman belə təəssürat yaranır ki, bank dollar satmaq istəmədiyi üçün bu cür cavab verir. Ümumiyyətlə, banklarda dollar bitirmi?

Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, hansısa bankın filialında, şöbəsində dollar yoxdursa, bu, normal hadisədir:

“Çünki bankların valyuta dəyişmə məntəqələri də X-dən alıb, Y-ə satırlar. Yəni digər müştəri gətirib dollar satmasa, bankda dollar problemi yarana bilər. Eyni zamanda bütün banklarda dolların olmaması suallar yarada bilər. Amma ümumi şəkildə hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Konkret müştərilər bəzi bank filiallarında bu problemlə rastlaşıblarsa, bunu ümumiləşdirmək doğru olmaz”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!