“Bank Respublika“ yeni proqrama start verdi

saytların hazırlanması

Evə çatdırılma

“Bank Respublika“ yeni proqrama start verdi

Sosial

27 Fevral 2019 20:30 908


"Bank Respublika", IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı”na start verib.

Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunub. Aparılan testlər nəticəsində ən savadlı 32 gənc “Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb.

3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər. Toyuqlu pizza

Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!