“Bank Respublika”ya aid sığorta şirkəti işçilərini kütləvi ixtisar edir

saytların hazırlanması

Evə çatdırılma

“Bank Respublika”ya aid sığorta şirkəti işçilərini kütləvi ixtisar edir

İqtisadiyyat

30 Avqust 2024 15:42 2195


“Bakı Sığorta” şirkəti ötən ildən etibarən işçilərin ixtisarını davam etdirir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 2023-cü ilin əvvəlində sığorta şirkətindən 100 artıq işçi çalışdığı halda ilin sonunda işçilərin sayı 83 nəfərə kimi azaldılıb. 

Bu ilin birinci rübündə işçilərin sayını 69 nəfərə, ikinci rübdə isə 51 nəfərə qədər azaldıb. Ümumilikdə, “Bakı Sığorta” ötən ilin əvvəlindən indiyə kimi 54 nəfəri, bu il isə 32 nəfəri ixtisar edib.  Pepperoni pizza

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə  yaradılıb. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!