Banklarla bağlı növbəti qərar nə olacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Banklarla bağlı növbəti qərar nə olacaq? 

İqtisadiyyat

27 Aprel 2020 15:50 1293


“Atabank”, “AGBank”, “NBCBank” və “Amrah Bank” – hər 4 Bankın uzun aylardır ciddi problemləri var idi. Son aylar hətta vətəndaşlar depozitlərini də bu banklardan geri çəkə bilmirdilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli  “Atabank”, “AGBank”, “NBCBank” və “Amrah Bank”ın səlahiyyətlərinin əlindən alınmasına münasibət bildirərkən deyib. 

Onun fikrincə, bu qərar daha əvvəldən verilməlidi idi. “Əslində “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi, daha əvvəl verilməli qərar idi. Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutub. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdırlar”, -deyə ekspert bildirib. pizza sifarişi

Natiq Cəfərli hesab edir ki, 30 gündən sonra banklarla bağlı veriləcək növbəti qərarla depozitlər Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə ödəniləcək: “İlk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq, amma problem budur ki, ƏSF-da indi vəsait sıfıra yaxındır, çox güman, Mərkəzi Bank Fonda kredit xətti açacaq – 4 bankda depozitlərin qaytarılmasına, təqribən, 800 mln. manat lazım olacaq, yəni Mərkəzi Bnak o 800 mln. manatı versə də, geri ala bilməyəcək. Necə ki, MB Fonda əvvəl də 500 mln. manat vermişdi – o pul da batdı-getdi. Hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!