“Barselona” 4 futbolçunu yola salır

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” 4 futbolçunu yola salır

İdman

01 İyul 2022 13:43 793


“Barselona”nın baş məşqçisi Xavi Ernandes klubun 4 futbolçusuna yeni mövsümdə onlara ümid bəsləmədiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Söhbət mərkəz müdafiəçiləri Oskar Minqes və Samuel Umititi, yarımmüdafiəçi Rik Puçe və hücumçu Martin Braytvaytdan gedir. Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə edib.

Xatırladaq ki, “Barselona” ötən mövsmü La Liqanı 2-ci pillədə tamamlayıb. Həmçinin, komanda Çempionlar Liqasının qrup mərhələsinin səddini aşa bilməyib. Avropa Liqasında kataloniyalılar 1/4 final mərhələsində Frankfurt "Ayntraxt"ına uduzub. Marqarita pizza

Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır. Onun müqaviləsi 2024-cü ilə qədərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!