“Barselona“ teleyayımdan 267 milyon avro qazanacaq

saytların hazırlanması

Evə çatdırılma

“Barselona“ teleyayımdan 267 milyon avro qazanacaq

İdman

01 İyul 2022 12:12 817


"Barselona" İspaniya La Liqasındakı oyunlarının yayımına dair televiziya hüquqlarının 10 faizini ABŞ-ın “Sixth Street Partners” şirkətinə satıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Kataloniya təmsilçisinin açıqlamasında bildirilib:

“Bu gün “Barselona” idman biznesində böyük təcrübəyə malik aparıcı qlobal investisiya şirkəti olan “Sixth Street”lə klubun maliyyə resurslarının və rəqabət qabiliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atdığını elan edir. pizza mizza

Bu müqavilə ilə “Barcelona” cari mövsüm üçün 267 milyon avro ümumi qazanc əldə edir. “Sixth Street” ilkin olaraq 207,5 milyon avro sərmayə qoyacaq və bunun müqabilində növbəti 25 il ərzində klubun La Liga TV hüquqlarının 10%-ni alacaq”.

Xatırladaq ki, "Barselona" ötən mövsüm La Liqanı 2-ci pillədə başa vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!