“Barselona”nın futbolçusu rekord qırdı

saytların hazırlanması

Evə çatdırılma

“Barselona”nın futbolçusu rekord qırdı

İdman

24 Mart 2025 12:31 461


"Barselona" klubunun və İspaniya millisinin futbolçusu Lamin Yamal növbəti tarixi rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunlarında keçirilən İspaniya - Niderland matçında 17 il və 258 gün yaşında olan vinger qol vurub. Bununla da o, turnirin tarixində qol vuran ən gənc futbolçu olub. 

Əvvəlki rekord digər "Barselona"nın futbolçusu Qaviyə məxsus idi. İspaniyalı yarımmüdafiəçi 17 il və 304 gün yaşında fərqlənmişdi.  pizza

Qeyd edək ki, İspaniya sözügedən matçda (3:3, 5:4 pen.) qalib gələrək turnirin 1/2 finalına yüksəlib. İspanlar həmin mərhələdə Fransa ilə üz-üzə gələcək. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!