İspaniyanın "Barselona" klubunun keçmiş futbolçusu Aleksandr Qleb karyerasını bitirib.
"Yeni Sabah" xəbər verir ki, bunu belaruslu yarımmüdafiəçi yerli mətbuata açıqlamasında söyləyib:
“Daha milli komandada oynamaq istəmirəm. Heç vaxt yığmada oynamağı rədd etməmişəm. Onlar mənə qarşı yaxşı olmasalar da, mən hər zaman onlara qarşı yaxşı münasibətdə olmuşam. Bunu ölkənin və milli komandanın xeyri üçün etmişəm. Düzünü desəm, artıq yorulmuşam. Dominos pizza
Çempionatındakı 30-cu turun oyunu mənim üçün son idi. Bəli, mən artıq qərarımı vermişəm. Bu qədəri kifayətdir. Karyeramda çox səhvlər etdim, bilirəm. Çox yaxşı ola bilərdi, ancaq belə alındı”.
Qeyd edək ki, 38 yaşlı futbolçu karyerası ərzində “Ştutqart”, “Arsenal”, “Barselona”, BATE kimi klublarda forma geyinib. Qleb 81 dəfə də Belarus millisində çıxış edib. Onun son klubu Belarusun "İsloç"u olub.
Telegram kanalımız