İngiltərənin “Arsenal” klubu baş məşqçisi Unay Emeri ilə yollarını ayırıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi məlumat yayıb.
Bildirilir ki, komandanın son uğursuz çıxışları istefanı sürətləndirib. Müvəqqəti olaraq baş məşqçi postuna Emerinin köməkçisi Fredrik Lyünberq təyin olunub. Dominos pizza
Qeyd edək ki, “topçular” bütün turnirlərdə son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu, klubun son 27 ildə ən pis göstəricisidir.
Xatırladaq ki, Emeri “Arsenal”a 2018-ci ilin yazından rəhbərlik edirdi.
Telegram kanalımız