Baş məşqçi tənqidə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi tənqidə görə cərimələndi

İdman

04 Mart 2025 13:38 237


“Roma” klubunun baş məşqçisi Klaudio Ranyerini UEFA 20 min avro məbləğində cərimələyib.

Yenisabah.az “Football Italia”ya istinadla xəbər ver4ir ki, buna səbəb onun Avropa Liqasının “Portu” ilə ilk pley-off matçından (1:1) sonra hakim Tobias Ştiler və Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti barəsində səsləndirdiyi tənqidi fikirlər olub.

Ranyeri hakimin komandasına qarşı qərəzli davrandığını güman edib və “Roma”nın yarımmüdafiəçisi Brian Kristantenin meydandan qovulmasından narazı qalıb. pizza

73 yaşlı mütəxəssisin tənqidi Roberto Rozettiyə də yönəlib. Məşqçi Ştilerin həmin oyuna təyinat alması qərarını şübhə altına alıb. O, Ştilerin idarə etdiyi əvvəlki 22 oyunda səfər komandalarının cəmi doqquz heç-heçə etdiyini, qalan bütün qarşılaşmalarda isə meydan sahiblərinin qalib gəldiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!