Baş Nazir bu banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir bu banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi

İqtisadiyyat

11 İyul 2020 19:16 1353


Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumatda görə, Konstitusiya Məhkəməsinə ünvanlanan sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!