Baş nazir gəncləri manipulyasiyada ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir gəncləri manipulyasiyada ittiham etdi

Rəsmi

13 Mart 2023 11:05 679


İrakli Qaribaşvili sabitliyi pozmaq məqsədinə nail olmaq üçün gəncləri manipulyasiyada ittiham edib.

Yenisabah.az “İmedi”yə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri bunu "dövlət əleyhinə təxribat" adlandırıb:

"Gəncklərin, o cümlədən tələbələrin beyni yuyulub. Necə cürət edib bu gənclərdən qalxan kimi istifadə edir, “Molotov kokteyli” atmaq üçün gündəmə gələ bilirlər, axı?” Dominos pizza

"60-a yaxın polis yaralanıb, bəzilərini az qala diri-diri yandırıblar. Biz bunu heç kəsə bağışlamayacağıq”, – deyə Qaribaşvili vurğulayıb.

Gürcüstanın Baş naziri ölkənin ən böyük müxalifət partiyası olan və keçmiş prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” Partiyasını “faşist” adlandırıb. Nazir hökumətin digər əleyhdarlarını “ekstremist” fəaliyyətdə ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!