Baş nazir qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir qərar imzaladı

Maraqlı

06 Sentyabr 2021 11:31 1474


Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə, müəllif qonorarının hesablanması və ödənilməsi qaydalarına dəyişiklik edilib.

Yenisabah.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı müəyyən edilmiş tarif dərəcələrinə uyğun qaydada tam miqdarda hesablanacaq. Pepperoni pizza

Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.

Bundan əvvəl hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyi tərəfindən yığılır və bütövlükdə dövlət büdcəsinə köçürülürdü.

Eyni zamanda digər dəyişikliklə dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!