Baş nazir qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir qərar imzaladı

Sosial

23 Dekabr 2025 10:21 3283


Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyəti təkmilləşdirilir.

“Yeni Sabah” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərarla Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib. Dördpendirli pizza

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!