Baş Nazirin qərarı ilə yeni idarəetmə qrupu yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirin qərarı ilə yeni idarəetmə qrupu yaradıldı

Siyasət

20 Noyabr 2019 22:13 1387


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu yaradılıb. pizza sifarişi

Qərara əsasən həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiqlənib. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!