Baş nazir: Tarixi regionlarımızın 20%-i işğal altında qaldıqca...

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: Tarixi regionlarımızın 20%-i işğal altında qaldıqca...

Dünya

23 Dekabr 2025 12:03 340


Tbilisi Moskva ilə praqmatik münasibətləri qoruyaraq Avropa İttifaqı və NATO-ya inteqrasiyaya çalışır.

"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.

"Müxalifətin hazırkı hakimiyyətin Avropa İttifaqı və NATO-ya inteqrasiya kursundan əl çəkmək istəməsi ilə bağlı iddiaları boş spekulyasiyadır. Belə bir plan yoxdur. Hər şeyi bir kənara qoysaq belə, parlamentdə belə qərarlar qəbul etmək üçün konstitusiya çoxluğu yoxdur", - Kobaxidze "Rustavi 2"nin efirində deyib. Dördpendirli pizza

"Biz dəfələrlə bildirmişik ki, Brüssel Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı sənədi masaya qoyan kimi biz onu dərhal imzalayacağıq, lakin biz cavab görməmişik. NATO-nun açıq qapı siyasətinə gəlincə, məlum olur ki, belə deyil", - baş nazir əlavə edib.

O, Gürcüstanın Rusiya ilə bağlı siyasətindən danışaraq, bu məsələdə “işğalla bağlı” qırmızı xətlərin olduğunu bildirib.

"Tarixi regionlarımızın 20%-i işğal altında qaldıqca, status-kvonu dəyişmək, o cümlədən diplomatik münasibətləri bərpa etmək mümkün deyil. Eyni zamanda, bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimiz var və biz praqmatik siyasət yürütməkdə davam edirik. Məqsədimiz münaqişələri sülh yolu ilə həll etməkdir", - Kobaxidze bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!