Baş nazir təhsillə bağlı qərarlara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir təhsillə bağlı qərarlara dəyişiklik etdi

Sosial

14 May 2019 05:40 1325


Baş Nazir Novruz Məmmədov təhsillə bağlı bir sıra qərarlarda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya” ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilib. 

“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “61. Psixologiya” bölməsində “Tibbi” sözü “Klinik (tibbi)” sözləri ilə əvəz edilib.  pizza mizza

 “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.1.1.1-ci yarımbəndində “psixodiaqnostika” sözü “psixoloji müayinə” sözləri ilə əvəz olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!