Baş Nazirdən 2 qiyməti alanlarla bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirdən 2 qiyməti alanlarla bağlı qərar

Sosial

05 İyun 2019 06:39 2617


Baş Nazir Novruz Məmmədov “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” və və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlara dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.2-ci bəndindən “, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan” sözləri çıxarılıb. 

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın da 1.11-ci bəndindən “və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan” sözləri çıxarılıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!