Baş Nazirin Katibliyinin yeni rəisi Ələsgər Ələsgərov kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazirin Katibliyinin yeni rəisi Ələsgər Ələsgərov kimdir? - DOSYE

Siyasət

03 Dekabr 2019 15:55 5041


Bu gün Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb. Pepperoni pizza

2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən isə Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!