Hindistanın baş nazirinin rəsmi tərcüməçisi Nilakşi Saha Sinhanın Ermənistana yeni səfiri təyin edilib.
Yenisabah.az "PTC News"a istinadla xəbər verir ki, xanım Sinha hind, ingilis, benqal və fransız dillərini mükəmməl bilir. Yeni səfirin ümumən 15 dil bildiyi və 14 xaricə səfərdə baş nazir N. Modini müşayiət etdiyi qeyd edilir.
O, hazırda Xarici İşlər Nazirliyinin katibinin müavini vəzifəsini tutur. pizza mizza
Saha Sinhanın tezliklə öz vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Bundan əlavə, M.Sridharan Hindistanın Azərbaycana növbəti səfiri təyin edilib. Hazırda o, Xarici İşlər Nazirliyində katib müavini vəzifəsini də icra edir.
Telegram kanalımız