Baş prokuror Mübariz Qurbanlının qardaşını yeni vəzifəyə təyin etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror Mübariz Qurbanlının qardaşını yeni vəzifəyə təyin etdi - Foto

Siyasət

18 May 2022 00:50 1160


Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. Sezar pizza

Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!