Avqustun 16-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib. pizza mizza
Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Laçın hərbi prokurorluqlarının əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.
Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.
Telegram kanalımız