Başqasına məxsus evi satıb aradan çıxdılar

saytların hazırlanması

Evə çatdırılma

Başqasına məxsus evi satıb aradan çıxdılar

Hadisə

19 May 2025 08:50 355


Bakı sakini Demyan Vladimiroviç ev alarkən aldadıldığını iddia edir.

“Yeni Sabah” Xəzər TV-yə istinadən məlumat verir ki o, ev almaq üçün 8 500 manat pul verib.

Özünü rieltor kimi təqdim edən şəxs isə pulu aldıqdan sonra yoxa çıxıb. Toyuqlu pizza

Şikayətçinin sözlərinə görə, saytda gördüyü elan vasitəsilə İsmayıl Əsgərov ad-soyadlı rieltorla əlaqə saxlayıb. Həmin şəxs isə Demyanı ev sahibi olduğu bildirilən Mübariz Həsənovla tanış edib.

Şikayətçi bildirib ki, pulu verdikdən sonra məlum olub ki, evin sahibi başqa adamdır. Çünki o, əldə etdiyi evin damını təmir edən zaman başqa bir şəxs həmin evin ona məxsus olduğunu deyib.

Sonradan evin damına çəkilən xərc geri qaytarılsa da, rieltorlara verilən 8 500 manatı almaq mümkün olmayıb. Məsələ ilə bağlı zərərçəkən polisə də müraciət edib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!