“Başqasının ümidinə qalmaqdansa, gedin...” –   Şəhriyar “Qarabağ”dan yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Başqasının ümidinə qalmaqdansa, gedin...” – Şəhriyar “Qarabağ”dan yazdı

İdman

08 Noyabr 2019 10:15 1209


Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın səfərdə APOEL-ə uduzaraq (2:1) 1/16 finala adlamaq şansını azaltması sosial şəbəkələrdə geniş müzakirə olunub.

“Yeni Sabah” xəbər verir ki, Ağdam təmsilçisinin uduzmasına şahmatçımız Şəhriyar Məmmədyarov da şərh verib. O, idman jurnalisti Sənan Şəfizadənin “Bizi Düdelanj xilas edə bilər” statusuna rəy yazıb. Qrossmeyster artıq “Qarabağ” üçün buillik Avroliqanın bitdiyini qeyd edib:

“Sənan, özün də bilirsən ki, əsl idmançı gərək özü-özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi!” Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!