Batabatın donmuş gölləri və qış mənzərəsi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Batabatın donmuş gölləri və qış mənzərəsi - Fotolar

Maraqlı

03 Yanvar 2024 19:49 1300


Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarların ahəngidir. Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.

“Report” Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb.

Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 metr yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür. pizza

Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!