Almaniyanın Münhen şəhərində "23-cü Bavaria Open" şahmat turniri keçirilir.
“Yeni Sabah” xəbər verir ki, yarışda ümumilikdə 26 ölkədən 500-dən artıq şahmatçı mübarizə aparır. Turnirdə amerikalı Qata Kamskiy və Timur Qareyev, belaruslu Sergey Azarov, ukraynalı Pavel Elyanov, rusiyalı Anton Demçenko, hindistanlı Qukeş və Seturaman kimi kifayət qədər tanınan və güclü şahmatçılar mübarizə aparır. Ölkəmizin bu turnirdə gənc qrossmeysterimiz Vüqar Əsədli təmsil edir.
Keçirilmiş dörd oyundan sonra, Vüqar 100 faiz nəticə ilə yarış cədvəlinə liderlik edir. İlk üç turda almaniyalı şahmatçıları məğlub edən Əsədli, dünən turnirin əsas favoritlərindən biri hesab olunan hindistanlı Seturamanı (2624) məğlub edib. pizza sifarişi
Qeyd edək ki, bu gün turnirin 5-ci turun oyunları keçiriləcək. Vüqarın rəqibi ukraynalı Vitaliy Bernadskiy olacaq. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlaycaq.
5-Cİ TUR
Vitaliy Bernadskiy (Ukrayna) - Vüqar Əsədli 0:1
4-CÜ TUR
Vüqar Əsədli - S.P.Seturaman (Hindistan) 1:0
3-CÜ TUR
Vüqar Əsədli -Maks Hess (Almaniya) 1:0
2-Cİ TUR
Holqer Raş (Almaniya) - Vüqar Əsədli 0:1
1-Cİ TUR
Vüqar Əsədli - Tobias Venner (Almaniya) 1:0
Telegram kanalımız